• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Bu yollarda svetoforların vaxt planı dəyişdirilib

CƏMİYYƏT

07 Fevral 2025 | 12:43

Bu yollarda svetoforların vaxt planı dəyişdirilib

Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün bəzi yollarda svetoforların vaxt planı dəyişdirilib.

Bakıvaxtı.az bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat əldə edib.

Bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranıb.

Buna görə də, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

Məlumatda aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacağın qeyd edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Mart 2025