• Bakı 32° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

02 Iyul 2024 | 23:27

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq

"Qaradəmirçi” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, “Saatlı Əlillər evi” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı 03.07.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bakıvaxtı.az-a“Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR

04 Iyul 2024