• Bakı 13° C

    1.99 m/s

DİQQƏT: Sabah bu rayonun 10 kəndində qaz olmayacaq

CƏMİYYƏT

25 Iyun 2024 | 21:25 | Müəllif: Subhan Mahmudov

DİQQƏT: Sabah bu rayonun 10 kəndində qaz olmayacaq

Sabah Cəlilabadın mərkəzinin bir hissəsində və 10 kəndində qazın verilişi dayandırılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Abdullu kəndi istiqamətində müxtəlif diametrli, uzunluğu 24 000 metr olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Cavadxan, Ə.Cavad, Səttarxan-3, N.Tusi, N.Zeynalova küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı kəndləri olmaqla ümumilikdə 3 500 abonentin qaz təchizatının sabah saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026