• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DİQQƏT: SOCAR-ın yanacaqdoldurma məntəqəsində POS-terminal tələb edin 

GÜNDƏM

18 Noyabr 2021 | 17:18

DİQQƏT: SOCAR-ın yanacaqdoldurma məntəqəsində POS-terminal tələb edin

Bakı şəhər Badamdar qəsəbəsi, İpək yolu küçəsində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsində (YDM) bir ədəd POS-terminal var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə orada çalışan operator bildirib.

Bu isə YDM-də növbələrə səbəb olur.

Sürücülər sosial şəbəkələrdə yazıb ki, bu halın SOCAR-ın digər YDM-lərində də müşahidə olunur.

POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı cüzi olsa da, vergi ödəyicisi olan YDM-lərin nağdsız ödənişlərdə maraqlı olmadığı bildirilir. Odur ki, müxtəlif bəhanələrlə POS-terminallardan istifadədən yayınmağa şərait yaradırlar.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Bakıvaxtı.az-a bildirib ki, YDM-ın operatorlarına bəzi məsələlərlə bağlı məlumat verilmir.

“Qeyd olunan YDM-də nağd satışlarla yanaşı nağdsız satışların həyata keçirilməsi üçün şərait yaradılıb. Bunun üçün YDM balansına üç ədəd POS-Terminal təqdim edilib. Mövcud pandemiya vəziyyətində nağdsız hesablaşmalar bizim üçün prioritetdir”, - deyə Ü.Həbibbəyli bildirib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aprelin sonuna ölkədə 59 036 pos-terminal quraşdırılıb. İlin əvvəlindən indiyədək POS-terminalların sayı 1916 ədəd artıb.

Qeyd edək ki, ölkə qanunvericiliyində POS-terminal quraşdırmaqdan yayınmağa görə cərimələr də müəyyən edilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026