• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişdi

CƏMİYYƏT

18 Mart 2023 | 17:32

Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişdi

Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə əsasən, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasını təşkil etmək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə həvalə olunub.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə bölməsinin ləğvi barədə qərar qəbul edib.

Həmin bölmə üzrə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti doktorantura (fəlsəfə və elmlər doktorları) yaradılan təşkilatlar sırasında olub.


SON XƏBƏRLƏR

19 Aprel 2024