Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
***
10:29
Azərbaycanda dörd universitetə publik hüquqi şəxs statusu verilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Azərbaycan Rəssamlıq Akademiyasına, Bakı Slavyan Universitetinə və Azərbaycan Texnologiya Universitetinə publik hüquqi şəxs statusu verilib və nizamnamələri təsdiqlənib.