• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

DOST TV-nin ilk efirinin qonağı Sahil Babayev olacaq

CƏMİYYƏT

01 Aprel 2024 | 10:21 | Müəllif: Qalib İbrahimoğlu

DOST TV-nin ilk efirinin qonağı Sahil Babayev olacaq

Xəbər verdiyimiz kimi, sabah, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya - DOST TV fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.

DOST TV-nin sabahkı ilk efirinin “Sosial saat” verilişinin  qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq.  Nazir müsahibəsi zamanı izləyicilərin  Nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq.

Aşağıdakı linklərə keçid edərək DOST TV-nin izləyicisi, habelə kanalın rəsmi sosial şəbəkə hesablarına abunə ola bilərsiniz:

https://youtube.com/@dostmediatv?si=OK3v95mTUjXnOLWe

https://www.facebook.com/profile.php?id=61556078475527&mibextid=eQY6cl

https://www.instagram.com/dostmediatv?igsh=Z3gxNmdwajZ2Nm54&utm_source=qr


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026