• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Dövlət Agentliyindən azərbaycanlı dənizçilərə ÇAĞIRIŞ

CƏMİYYƏT

16 Iyul 2026 | 13:52

Dövlət Agentliyindən azərbaycanlı dənizçilərə ÇAĞIRIŞ

Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır.

Bakıvaxtı.az xəbər verir ki, agentliyin məlumatında xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb:

"Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalarını, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik. Sezar pizza

Eyni zamanda, gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyirik.

Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq".

Xatırladaq ki, iyulun 15-də XİN də oxşar məzmunda xəbərdarlıq bəyanatı yaymışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026