• Bakı 22° C

    12.88 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib

SİYASƏT

31 Avqust 2026 | 10:41

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, başsağlı məktubunda deyilir:

    "Hörmətli cənab Prezident,

    Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!"


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Avqust 2026