"Milli Məclisə bu gün büdcə ilə bağlı təqdim edilmiş qanun layihəsində 2022-ci il dövlət büdcəsi gərlilərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatırılması təklif olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı bildirib.
Komitə sədri qeyd edib ki, dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur: “Artırılan gəlirlərin 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur".
Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1.192 milyon manat azaldılması nəzərdə tutulub. Dövlət büdcəsinin əlavə gəlirləri qeyri-neft gərliləri hesabına – 1 351 mln manat, əlavə neft gəlirləri hesabına 848 mln manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 mln manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 mln manat və 2.3 mln manat, dövlət büdcəsinin kəsiriin genişləndirilməsi hesabına 43 mln manat təşkil edəcək.
Nuranə Daxiıqızı
















