• Bakı C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

İQTİSADİYYAT

09 Dekabr 2023 | 12:50

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, iclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.


SON XƏBƏRLƏR