• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

DSMF son yeddi ayda qəbul edilən vətəndaşların sayını açıqlayıb

CƏMİYYƏT

08 Avqust 2024 | 11:46

DSMF son yeddi ayda qəbul edilən vətəndaşların sayını açıqlayıb

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 314 min 516 nəfər vətəndaş qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 117 min 819-u pensiya, 76 min 458-i müavinət, 10 min 553-ü Prezident təqaüdü, 76 min 464-ü ünvanlı dövlət sosial yardımı, 8 min 631-i fərdi uçot və sosial sığorta, 2 min 134-ü dövlət icbari şəxsi sığorta və 22 min 457-si digər istiqamətlərlə bağlı olub.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024