2026–2027-ci tədris ilində dual peşə təhsili modeli üzrə ən çox qəbul planı aşpaz ixtisasına ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, dual təhsil modeli çərçivəsində aşpaz ixtisası üzrə 560 plan yeri ayrılıb. İlk beş ixtisas üzrə ümumilikdə 1080 plan yeri nəzərdə tutulub.
İlk beşlikdə həmçinin qənnadçı-şirniyyatçı (180 yer), qida və qeyri-qida malları satıcısı, nəzarətçi-xəzinədar (120 yer), elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru (120 yer) və turizm sahəsində iaşə üzrə mütəxəssis (100 yer) yer alıb.
Bildirilib ki, dual təhsil üzrə ən çox plan yeri ayrılan müəssisə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olub. Mərkəz üzrə 260 plan yeri ayrılıb. Sonrakı yerlərdə Turizm və Sosial Xidmətlər üzrə Bakı DPTM (240 yer), Dəmir Yolu və Metropoliten üzrə Bakı DPTM (200 yer), Biləsuvar Peşə Liseyi (180 yer) və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı DPTM (180 yer) qərarlaşıb.
Zeynəb Rzayeva
Bakı 



