BMT Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki sülh səylərini təqdir edib.
Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib ki, Təşkilat bu münaqişənin beynəlxalq hüquq və qətnamələrinə uyğun şəkildə sona çatmasını istəyir.
O əlavə edib ki, BMT bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu ilin 12 may tarixində Ukrayna ilə birbaşa sülh danışıqları təklif edib. Danışıqların 16 may tarixində İstanbulda keçirilməsi planlaşdırılır. Təşəbbüs Türkiyə və ABŞ tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Vladimir Zelenski də danışıqlarda iştirak edəcəyini açıqlayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevral ayında başlayıb və bu günədək davam edir.
Hikmət Kərimov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakıvaxtı.az.