• Bakı 20° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Dünən axtarışda olan 50 nəfər saxlanılıb

HADİSƏ

11 Oktyabr 2025 | 10:32

Dünən axtarışda olan 50 nəfər saxlanılıb

Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025