Ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs - Fərhadov Vidadi Aydın oğlu həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub.
V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlədən olub. V. Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.
O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq. /Qafqazinfo







jpeg-1697782897.webp)

jpg-1697781993.webp)






