İngiltərə təmsilçisi “Aston Villa”da çıxış edən, Argentina millisinin heyətində dünya çempionu olan Emiliano Martines klubunu dəyişə bilər.
Bakıvaxtı.az "DSports"a istinadən xəbər verir ki, 32 yaşlı qapıçıya “Mançester Yunayted” (İngiltərə) və “Barselona”dan (İspaniya) təkliflər gəlib.
Onun hazırkı komandası ilə müqavilə müddəti 2029-cu ilə qədərdir. Lakin Martines Premyer Liqada "Tottenhem"lə son ev oyunundan (2:0) sonra göz yaşlarını saxlaya bilməyib və daha sonra sosial şəbəkə hesabında azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
Sözügedən paylaşımdan sonra qolkiperin klubdan ayrılacağı istisna edilmir.
Qeyd edək ki, Martines 2024/2025 mövsümündə 52 matçda qapısından 61 qol buraxıb, 15 görüşdə isə "çərçivə"ni toxunulmaz saxlayıb.