• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

"Dünya tarixinin ən böyük neft müqaviləsi" - Tramp Venesuela neftini alır

DÜNYA

29 Avqust 2026 | 10:05

"Dünya tarixinin ən böyük neft müqaviləsi" - Tramp Venesuela neftini alır

ABŞ və Venesuela arasında 65 milyard barellik neft müqaviləsi imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ və Venesuela təxminən 65 milyard barel sübut edilmiş neft ehtiyatına malik 17 yatağın işlənməsi ilə bağlı razılaşma əldə edib.

ABŞ Prezidenti Donald Tramp müqaviləni “dünya tarixində ən böyük neft müqaviləsi” adlandırıb. O, Venesuelanın neft ehtiyatları üzərində ABŞ-nin “majoritar nəzarət” əldə etdiyini və razılaşmanın amerikalı vergi ödəyicilərinə heç bir xərc yaratmayacağını bildirib.

Tramp müqavilənin hazırlanmasında ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges və özəl sektor nümayəndələrinin iştirak etdiyini açıqlayıb.

Delsi Rodriges də razılaşmanı təsdiqləyib. Onun sözlərinə görə, saziş 17 strateji neft yatağını əhatə edir və layihələrə 100 milyard dollardan çox investisiya qoyulması nəzərdə tutulur. Venesuela hökuməti bu layihələrdən 209 milyard dollardan çox vergi gəliri əldə etməyi gözləyir.

Məlumata görə, razılaşma çərçivəsində yataqların işlənməsi üçün ABŞ və adı açıqlanmayan operator tərəfindən yeni özəl şirkət yaradılacaq. Şirkətə yataqları 100 il müddətinə işlətmək hüququ veriləcəyi bildirilir.

ABŞ yeni strukturun “effektiv həcminin” 55 faizinə nəzarət edəcək. Bu göstəricinin şirkətdə birbaşa 55 faizlik mülkiyyət payı olmadığı, ABŞ tərəfinin kapitaldakı payı və hasil edilən neftin bir hissəsini maya dəyəri ilə almaq hüququndan formalaşdığı qeyd olunur.

Media məlumatlarına əsasən, razılaşma çərçivəsində əldə edilən neftin bir hissəsi ABŞ-nin Strateji Neft Ehtiyatına göndərilə və ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün istifadə oluna bilər.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026