• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünyanın 24 super milyarderi - Siyahıya Mask rəhbərlik edir

DÜNYA

26 Fevral 2025 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın 24 super milyarderi - Siyahıya Mask rəhbərlik edir

Dünyada sərvəti 50 milyard dollardan çox olanların adları açıqlanıb.

Bakıvaxtı.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

Məlumata görə, ki, dünya üzrə sərvəti 50 milyard dollardan çox olan cəmi 24 nəfər var.

Altrata analitik şirkətinin hesablamalarına görə, bu super milyarderlərin ümumi sərvəti 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-inə bərabərdir.

Siyahıda birinci yeri SpaceX, Tesla və X-in rəhbəri İlon Mask (419,4 milyard dollar) tutur. Onun ardınca Amazon-un təsisçisi Ceff Bezos (263,8 milyard dollar), LVMH-nin sahibi Bernard Arno (238,9 milyard dollar), Oracle-ın rəhbəri Larri Ellison (237 milyard dollar) və Meta-nın baş direktoru Mark Zukerberq (220 milyard dollar) gəlir.

Qeyd olunur ki, siyahıdakı 16 nəfərin sərvəti 100 milyard dolları ötür. Əvvəllər ən varlı insanlar əsasən sənayeçilər olurdusa, müasir super milyarderlərin əksəriyyəti öz sərvətini texnologiya sektorunda qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026