• Bakı 26° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə səmaya qalxdı

DÜNYA

15 Avqust 2026 | 09:06

Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə səmaya qalxdı

İsveçin "Heart Aerospace" şirkəti tərəfindən hazırlanan eksperimental X1 təyyarəsi Nyu-York ştatındakı Plattsburq Beynəlxalq Hava Limanından havaya qalxıb. 

Bakıvaxtı.az xarici mətuata iistinadən xəbər verir ki, təyyarə təxminən 27 dəqiqə havada qalıb və yerdən 335 metr yüksəkliyə çatıb.

X1-in qanadlarının uzunluğu təsirli 32 metrdir. Təyyarənin uzunluğu 23 metrdir və maksimal uçuş çəkisi 11.340 kiloqramı keçib.

Məlumata görə, uçuş zamanı təyyarənin elektrik stansiyası bir meqavatdan çox enerji istehsal edib.  

Şirkətin təsisçisi və baş direktoru Anders Forslund bildirib ki , “X1-in ilk uçuşu ilə Heart Aerospace kommersiya təyyarəsi miqyasında elektrik uçuşunun mümkünlüyünü nümayiş etdirib”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026