• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Dünyanın ən pis turistik yerləri - SİYAHI

CƏMİYYƏT

01 Oktyabr 2023 | 09:16

Dünyanın ən pis turistik yerləri - SİYAHI

Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.

Bakıvaxtı.az bildirir ki,  ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır. İkinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb./lent.az


SON XƏBƏRLƏR