• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Düşənbədə tarixi görüş: Azərbaycan-Rusiya münasibətləri normallaşmaya doğru

SİYASƏT

10 Oktyabr 2025 | 12:00

Düşənbədə tarixi görüş: Azərbaycan-Rusiya münasibətləri normallaşmaya doğru

Oktyabrın 9-u Düşənbədə tarixi görüşlər günü oldu.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək dialoq, ikitərəfli münasibətlərdə yaranmış gərginliyi yumşaldaraq gələcəyə ümidli addımların qoyulduğunu göstərdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon ilə keçirilən görüş isə Azərbaycanın regional əməkdaşlıq siyasətində balansı qorumaq və sabitliyi möhkəmləndirmək əzmindən xəbər verdi.

Görüşlər  sadəcə protokol tədbirləri yox, həm də diplomatiyanın incə-incə işlədiyi, strateji mesajların verildiyi mühüm anlar olaraq yadda qalacaq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, biz hansı məsələlərin həllini tapdığını yaxın günlərdə, hətta saatlar ərzində görəcəyik:

"Artıq xəbərlər yayımlanır, addımlar atılır. Hadisələr göstərir ki, ikitərəfli münasibətlərdə yaranmış böhran tədricən aradan qalxır. Bu proses, əlbəttə, zamanla həyata keçəcək, amma son görüş bunun aydın göstəricisidir".

İlqar Vəlizadə: İqtisadi baxımdan əlaqələrimiz artıq stabildir

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sözlərinə istinad edərək demək olar ki, cəmiyyətlər artıq bu mesajı qəbul edib və müsbət irəliləyişlər yaxın saatlarda və günlərdə özünü göstərəcək. Burada söhbət yalnız iqtisadi münasibətlərdən deyil, siyasi dialoqun normallaşmasından gedir:

"İqtisadi baxımdan əlaqələrimiz artıq stabildir. Bu dialoqun bərpası regional təhlükəsizlik sisteminə müsbət təsir göstərəcək və bölgədə gedən prosesləri daha proqnozlaşdırıla bilən məcraya yönəldəcək".

Həmsöhbətimiz əlavə edib ki, dünyada baş verən hadisələri proqnozlaşdırmaq çətin olsa da, bizim regionda proseslərin nəzarətdə olması mühüm əhəmiyyət daşıyır. Xüsusilə post-münaqişə gündəliyinin möhkəmləndirilməsi baxımından bu, həlledici bir addımdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR