• Bakı 16° C

    1.87 m/s

DYP: Buzlu yollarda qəza ehtimalı artıb

CƏMİYYƏT

01 Mart 2025 | 14:32 | Müəllif: Gülşən Şərif

DYP: Buzlu yollarda qəza ehtimalı artıb

Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür. Gecə saatlarından başlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, yolda qalan sürücülərə köməklik göstərilir, maarifləndirmə işi aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında qeyd edilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir:

"Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026