• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Efiopiya ilə süni intellekt üzrə birgə təşəbbüslər müzakirə edildi

SİYASƏT

27 Fevral 2026 | 17:42

Efiopiya ilə süni intellekt üzrə birgə təşəbbüslər müzakirə edildi

Azərbaycan və Efiopiya arasında süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin inkişafı məsələləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Müzakirələr R.Nəbiyev ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında keçirilən görüşdə aparılıb.

"Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birlikdə "AI Academy"ni ziyarət etdik. Qonaqlara Akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları barədə məlumat verdik", - nazir qeyd edib.


SON XƏBƏRLƏR