Peruda Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, radarlardan itən helikopterin qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində tapılıb. Qəza nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, helikopter daşqınlarda zərər çəkmiş əhaliyə yardım aparırdı.
Bakı 




