• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

CƏMİYYƏT

21 May 2023 | 14:27 | Müəllif: Subhan Mahmudov

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

    Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.

    Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.

    Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

    Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Oktyabr 2026