• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ehtiyatda olan zabit Azərbaycan məktəblərini barışdırır

CƏMİYYƏT

14 Aprel 2023 | 12:12 | Müəllif: Qalib İbrahimoğlu

Ehtiyatda olan zabit Azərbaycan məktəblərini barışdırır

Məlum olduğu kimi, İstanbulda Azərbaycanın iki önəmli şəxsin - tanınmış şair Hüseyn Cavidin və Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan fərqli dərnəklər tərkibində iki məktəb fəaliyyət göstərir.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycandan kənarda Azərbaycan adına fəaliyyət göstərən bütün qurumların birgə fəaliyyətinə ehtiyac duyulduğu bir vaxtda, təəssü ki, bu məktəblər arasında sərin yellər əsir.

Bu məktəblərin rəhbərlikləri arasında qarşılıqlı ittihamlar yer alıb. Bunun ancaq və ancaq həmin məktəblərdə təhsil alan azərbaycanlı şadirdlərə mənfi təsi edəcəyini deyən Türkiyədə yaşayan ehtiyatda olan polkovnik Akif Qasımov tərəflər arasında vasitəşiliyi öz üzərinə götürüb. Bu barədə Bakıvaxtı.az-a məlumat verən A.Qasımovun sözlərinə görə, bu istiqamətdə artıq ilk addım atılıb. Belə ki, o, hər iki məktəbin rəhbərliyi ilə görüçlərə başlayıb: 

"İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov və Hüseyn Cavid adına Azərbaycan məktəblərində oldum. Şagirdlərlə hərbi vətənpərvərlik mövzusunda görüş keçirdim".

A.Qasımov danışıqların müsbət nəticə verəcəyinə inandığın və bundan ancaq Azərbaycanın qazanacağına əminliyini bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026