• Bakı C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Ekspert: “Paşinyan seçkilərədək Konstitusiya dəyişikliklərinə getməyəcək”

SİYASƏT

19 Fevral 2026 | 15:44

Ekspert: “Paşinyan seçkilərədək Konstitusiya dəyişikliklərinə getməyəcək”

“Sülh müqaviləsinin imzalanmasına ilk növbədə Ermənistan özü maraqlı olmalıdır. Çünki Ermənistan hər zaman özünü dünyaya “sülh tərəfdarı” kimi tanıdır”. 

Bu barədə politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, Ermənistan bugünədək reallaşdırılan bütün iqtisadi, logistik, nəqliyyat layihələrdən kənarda qalıb, öz-özünü təcrid vəziyyətinə salıb: 

“Bunun səbəbi əvvəllər Ermənistanın işğalçılıq siyasəti idisə, son dönəmdəki səbəbi Azərbaycanla yekun və qalıcı sülh sənədinin imzalanmamasıdır. Ermənistan baş naziri Nikol Paşinyan həm Vaşinqtonda imzaladığı müqavilələrlə, həm də beynəlxalq platformalardakı açıqlamaları ilə Azərbaycanla münaqişə dövrünün bitdiyini bəyan edir".

Onun sözlərinə görə, Ancaq yekun sülhün imzalanması üçün əsas şərti yerinə yetirməyə tələsmir. Əslində, Bakı üçün dəyişən ciddi məsələ yoxdur. Azərbaycan sülh sazişi olmadan da mühüm layihələrini icra edir, hədəflərinə nail olur. Bakı sadəcə İrəvandan haqlı olaraq tələb edir ki, öz Konstitusiyasında Azərbaycan ərazilərinə iddianı əks etdirən müddəanı oradan birdəfəlik çıxartsın.

Fuad Abbasov, politoloq

Fuad Abbasov əlavə edib ki, Ermənistanda rusyönlü qruplaşmalar, Koçaryan-Sarkisyan tərəfdarları həm sülh müqaviləsini, həm də Konstitusiya dəyişikliyini bir kapitulyasiya aktı kimi ictimaiyyətə təqdim edirlər: 

“Keçmiş “Qarabağ məsələsi” Ermənistan ictimaiyyətində hələ də həssaslığını qoruduğu üçün bu məsələdə atılacaq hər hansı addım mövcud iqtidarın risklərlə qarşılaşmasına yol aça bilər. Paşinyan hökumətinin bu addımların hansı nəticələr doğuracağını kəsdirə bilmir. Ehtiyat edir ki, revanşistlər və müxalifət bu addımdan istifadə edərək narazı kütlələri küçələrə tökə bilərlər".

Yəni Paşinyan vaxtı ilə Sarkisyanı devirdiyi şəkildə hakimiyyətdən getmək istəmir. Ona görə də parlament seçkiləri ərəfəsində referendum gedərək Konstitusiya dəyişikliyi edəcəyi çətin məsələdir. İnanmıram ki, İrəvan hökuməti seçkidən öncə bu məsələni həll etməyə çalışacaq”. 

Analitikin fikrincə, Ermənistan hakimiyyəti çox gözəl başa düşür ki, həm ölkənin inkişafı, həm də regional layihələrə qoşulmaq üçün Bakı ilə yekun sülhün imzalanması çox vacibdir: 

“Nəinki seçkilərədək, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında yekun sülh sənədinə imza atılacağını düşünmürəm. Paşinyanın seçkidən qalib çıxması da nəyisə dəyişmir. Əgər Paşinyan nə vaxt hiss etsə ki, daxildə və xaricdə mövqeləri kifayət qədər yüksəkdir, arxasında Qərb sağlam durub, o zaman həm Konstitusiyanı istədiyi kimi dəyişər, həm də Bakı ilə sülhə imza atar”.

Aydın Baxış


SON XƏBƏRLƏR