Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
***
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.
Bakıvaxtı.az unikal.org-a istinadən xəbər verir ki, keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlam Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.
Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.

















