• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Elektriklə qanunsuz balıq ovlayanlar tutuldu - VİDEO

CƏMİYYƏT

05 Fevral 2022 | 10:45 | Müəllif: Subhan Mahmudov

Elektriklə qanunsuz balıq ovlayanlar tutuldu - VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Səlim Əmirxanov və Sahib Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 71 ədəd xramulya, 5 ədəd şibrit, 16 ədəd dabanbalığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026