• Bakı 32° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Əli Əsədov Olivye Bukal ilə görüşdü

SİYASƏT

03 Iyun 2025 | 17:30

Əli Əsədov Olivye Bukal ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025