• Bakı C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Əli Əsədov QƏRAR İMZALADI

SİYASƏT

29 Dekabr 2024 | 15:42

Əli Əsədov QƏRAR İMZALADI

Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda “Dövlət ehtiyatları haqqında” qanuna əsasən hazırlanıb. dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir. Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanunun 8-ci maddəsində nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir. Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır. Qaydada istifadə olunan anlayışlar Qanunla və qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.


SON XƏBƏRLƏR

31 Dekabr 2024