• Bakı 17° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

“Elmlər Akademiyası”ndan Bayıl parkına rahat gedə biləcəksiniz

CƏMİYYƏT

31 Oktyabr 2025 | 15:16

“Elmlər Akademiyası”ndan Bayıl parkına rahat gedə biləcəksiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 53 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək.

“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.


SON XƏBƏRLƏR