Aparıcı İlqar Mikayıloğlu Əməkdar artist Elza Seyidcahanın çəkiliş zamanı onu ağacla vurmasından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı "Günə bax" proqramında bu haqda söz açıb.
O, "Elza Seyidcahan məni bir dəfə döyəndən sonra şeirlərini sevməyə başlamışam. Biri var insanı döyəsən, biri də var belində ağac sındırasan. Elza xanım bunu mənə edib" deyə, söyləyib.
"Meşədə veriliş çəkirdik. Qarlı hava idi. Necə əsəbiləşdimsə, taxtanı belində qırdım" deyə, E.Seyidcahan əlavə edib.
Mikayıloğlu isə "Qışdır, Şamaxı meşəsi. 24 saat ərzində çatmalısan. Və arxadan vurulan zərbə. Bircə o yadımdadır ki, ağac parçası düşdü yerə. Baxdım ki, digər yarısı Elzanın əlindədir" deyə, söyləyib.