Əmanətlərin Sığortalanması Fondu Xəzər Universitetinin müəllim və tələbə heyəti üçün təlimlər keçib.
Bakıvaxtı.az xəbər verir ki, “Əmanətlərin sığortalanması sistemi: Hüquqi baxış, risklər və böhran zamanı kommunikasiya” mövzusunda keçirilən təlimlərdə PR, reklam və marketinq barədə məlumatlar verilib.
Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək fakultəsinin dekanı İnqilab Əhmədov bu tipli tədbirlərin tələbələrə tədris edilməsinin əhəmiyyətini qeyd edərək, gələcəkdə də adıçəkilən tədbirlərin davamlı olmasını məqsədəuyğun sayıb. O, tədbirin əhəmiyyətinə toxunaraq cəmiyyətdə daha savadlı və məlumatlı istehlakçı seqmentinin formalaşdırılmasında bu cür tədbirlərin həlledici rol oynadığını vurğulayıb.
Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, Fondun sosial media meneceri Nərmin Cahangirova, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli və Hüquq departamentinin hüquqşünası Qafar Qənbərli tələbələrə əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk-əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu haqqında ətraflı məlumat verib, iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.
Yekunda təlimdə iştirak edən tələbələrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən hədiyyə və sertifikatlar təqdim olunub.