Ölkəmizdə əmək və məşğulluq sahəsində köklü dəyişiklikləri özündə ehtiva edən, bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) təqdimatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev yeni alt sisteminin tətbiqibinin əmək münasibıtlərində köklü dəyişiklikləri nəzərdə tutur. ƏMAS vasitəsilə əmək müqavilələri kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, əmək münasibətləri zamanı kağız üzərində digər əməliyyatların rəqəmsal müstəbiyə keçiriməsi təmin olunur.
Ramid İbrahimov
















