• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılır

CƏMİYYƏT

03 Dekabr 2025 | 12:47

Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılır

Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları olacaq:

- əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi üçün işəgötürənə müraciət etmək;

- elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq.

Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.


SON XƏBƏRLƏR

02 Dekabr 2025