• Bakı C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Əməkdar artist: “Cibimizə 2 min manat qoydu, amma...”

ŞOU

13 Fevral 2025 | 15:24

Əməkdar artist: “Cibimizə 2 min manat qoydu, amma...”

Babək Niftəliyev oturduğu yerdə 2 min manat qazanıb.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.

Əməkdar artist bildirib ki, toya dəvət alsa da, həmkarları onun səhnədə çıxış etməsinə imkan yaratmayıblar:

“İmkanlı, hörmətli şəxsin qızının toyu idi. O şəxs məni məclisə dəvət elədi. Məclisdə bir çox xalq artisti və estrada ulduzu iştirak edirdi. Yanımda da hörmətli bir sənətkar vardı. Hamı oxudu, biz gözlədik. Düşündük ki, bir azdan bizə də söz verəcəklər.

Az gözlədik, çox gözlədik, saat oldu 23:00. Qonaqlar da bizə yaxınlaşıb “Niyə siz oxumursunuz” sualını verirdilər. Cavab verdim ki, nə vaxt söz verərlər, onda ifa edərik.

O imkanlı şəxs oxumadan hərəmizin cibinə 2000 manat pul qoydu. Yəni oxumaya-oxumaya. Həm bir az yaxşı görünür, həm də yaxşı görünmür. Adam qalır belə...”


SON XƏBƏRLƏR