• Bakı 24° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

“Əməkdar” və “Xalq”a görə aylıq təqaüdlər artırıldı

SİYASƏT

12 Iyun 2025 | 17:03

“Əməkdar” və “Xalq”a görə aylıq təqaüdlər artırıldı

Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilib.


SON XƏBƏRLƏR