• Bakı C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Əməliyyat zamanı doğum gününü qeyd edən həkimlə bağlı yoxlamalara başlanıldı - VİDEO

CƏMİYYƏT

08 Yanvar 2025 | 18:23

Əməliyyat zamanı doğum gününü qeyd edən həkimlə bağlı yoxlamalara başlanıldı - VİDEO

Səhiyyə Nazirliyi Bakıda yerləşən "German Hospital" adlı özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) Bakıvaxtı.az-a verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, "German Hospital"da əməliyyat zamanı həmkarları mama-ginekoloqu Ləman Əliyevaya doğum günü sürprizi ediblər. Onlar əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymamaqda ittiham ediblər.

 


SON XƏBƏRLƏR

08 Yanvar 2025