• Bakı 24° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Emin Əmrullayev: "Neftçi"yə yalnız birinci yer yaraşır"

CƏMİYYƏT

07 Fevral 2025 | 14:23

Emin Əmrullayev: Neftçiyə yalnız birinci yer yaraşır

Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir.

Bakıvaxtı.az-ın Report-a istinadla xəbər verir ki, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:

"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır".


SON XƏBƏRLƏR