• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Dünyanın ən yaşlı iti: 30 yaşında rekord qırdı

CƏMİYYƏT

03 Fevral 2023 | 14:38

Dünyanın ən yaşlı iti: 30 yaşında rekord qırdı

30 yaşlı Bobi adlı it Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti elan edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Bobi bir əsrdir davam edən rekorda imza atıb. Saf Rafeiro do Alentejo cinsindən olan Bobi ABŞ-da yaşayan ən yaşlı itin tacını həm də Çihuahua olan 23 yaşlı Spikedən alıb.

Ginnes rəsmilərinə Bobinin varlığı barədə məlumat verilməzdən əvvəl Spike iki həftə diqqət mərkəzində olub.

Ginnesin Rekordlar Kitabının saytında yer alan məlumata görə, Bobi fevralın 1-nə kimi 30 il 266 gün yaşayıb.

Mühafizə itləri sinfindən olan Rafeiro do Alentejo cinsinin ömrü 12-14 il arasındadır.

Bobinin yaşını Leiria Bələdiyyəsinin Baytarlıq Xidməti, eyni zamanda, Portuqaliya hökuməti tərəfindən tanınan heyvan məlumat bazası da təsdiqləyib.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024