• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Ən yüksək keçid balı tələb edən peşə ixtisasları açıqlandı

CƏMİYYƏT

23 Iyul 2026 | 11:22

Ən yüksək keçid balı tələb edən peşə ixtisasları açıqlandı

"Peşə təhsilində ən yüksək orta keçid balı kibertəhlükəsizlik ixtisası üzrə qeydə alınıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yüksək texniki peşə təhsili səviyyəsində kibertəhlükəsizlik ixtisası üzrə orta keçid balı 136–200 bal arasında dəyişib. Bu kateqoriyada növbəti yerlərdə mühasibat uçotu (105–146 bal) və kompüter şəbəkələri və şəbəkə inzibatçılığı (104–150 bal) qərarlaşıb.

İ.Bayramlı bildirib ki, texniki peşə təhsili səviyyəsində ən yüksək orta keçid balı elektrik qatarının maşinisti ixtisasında 3,67–4 bal, sistem və şəbəkə xidməti üzrə texnik ixtisasında 3,58–3,9 bal, avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımaları üzrə operator ixtisasında isə 3,5 bal olub.

İlk peşə təhsili səviyyəsində isə reklam dizayneri ixtisası 3,35–3,9 bal ilə ən yüksək göstəriciyə malik olub. Siyahıda kompüter sistem inzibatçısı (3,22–4,1 bal) və çargüzar (3,18–3,7 bal) ixtisasları da yer alıb.

Agentlik sədri qeyd edib ki, bu göstəricilər sözügedən ixtisaslara marağın və qəbul zamanı rəqabətin yüksək olduğunu göstərir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026