• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Energetika naziri Beyləqanda vətəndaşları qəbul edib - FOTOLAR

CƏMİYYƏT

24 Fevral 2023 | 17:32

Energetika naziri Beyləqanda vətəndaşları qəbul edib - FOTOLAR

Fevralın 24-də energetika naziri Pərviz Şahbazov Beyləqan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik qurğu və avadanlıqların mühafizə zonası, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələr, qaz sayğacının dəyişdirilməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Tərtər və Beyləqan şəhərlərindən olan vətəndaşlar iştirak ediblər. 


Energetika naziri Beyləqanda vətəndaşları qəbul edib - FOTOLAREnergetika naziri Beyləqanda vətəndaşları qəbul edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026