• Bakı 26° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Enerji əməkdaşlığı: Ölkəmiz artıq elə bir etibarlı tərəfdaşa çevrilib ki...

SİYASƏT

03 Iyun 2025 | 16:22

Enerji əməkdaşlığı: Ölkəmiz artıq elə bir etibarlı tərəfdaşa çevrilib ki...

"Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər ölkəmizin iqtisadi, siyasi və digər sahələr üzrə inkişafına müsbət təsir edəcək".

Bunu Bakıda keçirilən "Baku Energy Forum"unun Azərbaycanın beynəlxalq münasibətlərindəki roluna təsirlərini şərh edən politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”, “Caspian Oil and Gas” və “Caspian Power” sərgilərinin keçirilməsi onu göstərir ki, bu tədbir ölkəmizdə artıq ənənəyə çevrilib:

"Azərbaycan dövləti enerji məsələsində bir sıra dövlətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıqdan həm Azərbaycan, həm də digər dövlətlər böyük dividentlər əldə edirlər. Azərbaycan 1994-cü ildə Əsrin Müqaviləsini imzalamaqla və Bakı Enerji Həftəsi çərçivəsində bir sıra dövlətlərin və beynəlxalq şirkətlərin rəhbərləri ilə geniş müzakirələr aparıb. Bu, prosesi ənənə halına çevirmək Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olub. Ölkəmiz artıq elə bir etibarlı tərəfdaşa çevrilib ki, ənənəvi enerji resurslarımız olan neft və qazdan başqa, həm də alternativ bərpa olunan enerji resurslarımızı almaq istəyən dövlətlər var. Eyni zamanda ayrı-ayrı dövlətlər Azərbaycandan tranzit ölkə kimi enerji resurslarının daşınmasında istifadə etməyə təşəbbüs göstərirlər".

Xəyal Bəşirov: Biz artıq yaşıl enerjinin Avropaya ixracı istiqamətində layihənin həyata keçirilməsini reallaşdırırıq

Politoloq vurğulayıb ki, Əsrin Müqaviləsindən sonra ölkəmizin 2000-ci illərdə Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan qaz kəmərlərini istifadəyə verməsi, Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP) və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrini reallaşdırması Azərbaycanın bu istiqamətdə etibarını artırıb. Bu kontekstdə ölkəmizə olan maraq da artıb.

"Biz artıq Gürcüstan, Macarıstan və Rumıniya ilə birlikdə Qara dənizin altı ilə yaşıl enerjinin Avropaya ixracı istiqamətində layihənin həyata keçirilməsini reallaşdırırıq. Bu cür təşəbbüslər iqtisadiyyatı qeyri-neft sektoru ilə əlaqələndirməklə yanaşı, həm də sahib olduğumuz alternativ bərpa olunan enerji resurslarının ixracında və iqtisadiyyatımıza böyük sərmayələrin yatırılmasında önəm kəsb edir", - Xəyal Bəşirov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Iyun 2025