• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Enerji infrastrukturunun yarısı zədələnib - Kuleba

DÜNYA

02 May 2024 | 09:33

Enerji infrastrukturunun yarısı zədələnib - Kuleba

"Rusiya işğalçı qüvvələrinin atəşə tutması nəticəsində Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib".

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba danışıb.

"Rusiya ballistik raketləri bu müharibənin əsl bəlasıdır. Son zamanlar onlardan əsasən bizim enerji sistemimizi məhv etmək üçün istifadə olunur. Enerji sistemimizin yarısı zədələnib və biz hələ də ölkəni idarə etməliyik, hərbi əməliyyatlar aparmalıyıq və Rusiyaya qarşı bütün dünyadan dəstək almalıyıq”, - nazir bildirib.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.


SON XƏBƏRLƏR

16 May 2024