• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ənvər Abbasov: “Azərbaycan Məktəbi” jurnalını zaman yaratdı”

CƏMİYYƏT

16 Dekabr 2024 | 15:04

Ənvər Abbasov: “Azərbaycan Məktəbi” jurnalını zaman yaratdı”

“Azərbaycan Məktəbi” jurnalının redaksiya heyətinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov jurnalın 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, alim çıxışında “Azərbaycan Məktəbi” jurnalının yaranmasının dövrün tələblərindən irəli gəldiyini və bu dərginin zamanın ehtiyacı olduğunu qeyd edib:

"Jurnal təhsilimizin inkişafına xidmət edən ideyaların formalaşdırılmasında və cəmiyyətin maarifləndirilməsində əvəzsiz rol oynayıb".

Ə.Abbasov əlavə edib ki, jurnal təhsil siyasətimizin mühüm istiqamətlərini əks etdirən bir platformadır və hər zaman dövrün tələblərinə uyğunlaşaraq inkişaf edib.

O, jurnalın gələcəkdə də Azərbaycan təhsilinə xidmət etməyə davam edəcəyinə inandığını ifadə edib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

18 Aprel 2025