• Bakı 24° C

    14.18 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

DÜNYA

28 Avqust 2026 | 23:07

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən Beynəlxalq İslam Vəhdəti Konfransında deyib.

"Biz bütün İslam ölkələri, xüsusən də qonşu ölkələrlə yaxşı münasibətlərin tərəfdarıyıq. Bütün İslam ölkələri ilə daha geniş iqtisadi əlaqələr qurmaq istəyirik, hamısı ilə geniş münasibətlərimiz var", - o bildirib.

Əraqçinin sözlərinə görə, İran qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri istəyir: "Livanda bütün qrup və fraksiyalarla, Livan hökuməti ilə yaxşı münasibətlərə hazırıq, əlbəttə ki, bu hökumətin bəzi siyasətlərini bəyənmirik, ümid edirik ki, Livan Xarici İşlər Nazirliyi daha çox rasionallıq nümayiş etdirəcək".

İran XİN başçısı bildirib ki, Tehran Afrika ölkələri ilə yaxşı münasibətlərə sahibdir və daha geniş əlaqələrin qurulmasını hədəfləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026