• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərazilərimizə dəymiş ziyana görə işğalçıdan təzminatın tələb edilməsi prosesi başlayır

SİYASƏT

21 Dekabr 2022 | 08:58 | Müəllif: Qalib İbrahimoğlu

Ərazilərimizə dəymiş ziyana görə işğalçıdan təzminatın tələb edilməsi prosesi başlayır

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim edilib.

"Qedy edək ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdirər.

Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb".

"Artıq yeni mərhələdir" deyən V.Bayramov qeyd edib ki, Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Dəymiş ziyan isə yüz milyard dollarla ifadə olunur.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026