• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Ərdoğan: Xalqımızın təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik

DÜNYA

09 Oktyabr 2024 | 16:56

Ərdoğan: Xalqımızın təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM Qrup Toplantısında çıxış edib.

Bakıvaxtı.az "TRT Haber"-ə istinadla xəbər verir ki, Ərdoğan çıxışında Türkiyə Böyük Millət Məclisinə, siyasi partiyalara, bütün millət vəkillərinə  yeni qanunvericilik ilində uğurlar arzulayıb.

Türkiyənin dövlət başçısı nitqinin başlanğıcında sel fəlakətindən əziyyət çəkən Bosniya və Hersoqovina xalqının yanında olduğunu bəyan edib. O, hadisə nəticəsində vəfat edənlərin ailələrinə başsağlığı verib, onların ruhuna dualar oxuyub:

"Fəlakət xəbərini alan kimi dərhal AFAD, Qızıl Aypara və TİKA-nı səfərbər etdik. Evləri dağılmış, qohumlarını itirmiş, maddi ziyana uğramış bacı-qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni etmişik və edirik. Bazar günü nəqliyyat nazirimiz Bosniya xalqı ilə həmrəy olduğumuzu göstərmək və vəziyyəti yerində araşdırmaq üçün daşqın zonasına getdi. İndiyə qədər etdiyimiz kimi, Allahın izni ilə bosniyalı qardaşlarımızı tək qoymayacağıq. Rəhmətlik Aliyə İzzetbekoviçin son nəfəsini verməzdən əvvəl xəstəxana otağında əlimizdən tutaraq bizə qoyub getdiyi mirası ən gözəl şəkildə qorumağa davam edəcəyik",- Ərdoğan bildrib.

Həmçinin, Türkiyənin dövlət başçısı Suriyada baş verən hadisələr və digər vacib məsələlərə toxunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR